525.Az

Son 15 ildə 200 hakim barəsində intizam icraatına başlanılıb


 

Son 15 ildə 200 hakim barəsində intizam icraatına başlanılıb<b style="color:red"></b>

Son 15 ildə 200 hakim barəsində intizam icraatı başlanılıb.

APA-nın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, məhkəmələrdə süründürməçilik və digər mənfi hallara qarşı hər zaman qəti tədbirlərin görülür. Məhkəmə-Hüquq Şurası tərəfindən fəaliyyət göstərdiyi 15 il ərzində 200 hakim barəsində intizam icraatının başlanıldığı, 130 hakimin qanunvericiliklə nəzərdə tutulmuş müxtəlif əsaslarla – fəaliyyətinin qeyri-məqbul qiymətləndirilməsinə, səlahiyyət müddətinin uzadılmamasına görə, habelə intizam qaydasında, o cümlədən korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verdiklərinə görə məhkəmə sistemindən kənarlaşdırıldığı vurğulanıb. Məlumat verilib ki, şəffaflığın və qərəzsizliyin, habelə qeyri-prosessual münasibətlərin yolverilməzliyinin təmin edilməsi məqsədilə Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası tərəfindən məhkəmələrdə mütəmadi yoxlamalar və monitorinqlər aparılır. Qısa müddət ərzində 40-dan çox məhkəmədə monitorinqlər keçirilib, yol verilən pozuntular 100-dən artıq hakimin və məhkəmə sədrinin diqqətinə çatdırılıb, daha kobud pozuntularla bağlı isə intizam icraatları başlanılıb.

 





06.11.2019    çap et  çap et