525.Az

Moskvada Brejnevin sürücülük vəsiqəsi hərraca çıxarılacaq


 

Moskvada Brejnevin sürücülük vəsiqəsi hərraca çıxarılacaq<b style="color:red"></b>

SSRİ Mərkəzi Komitəsinin Baş katibi Leonid İliç Brejnevin sürücülük vəsiqəsi və xəbərdarlıq talonu noyabrın 14-də Moskvada hərraca çıxarılacaq.

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə “Litfond” hərracının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Brejnevə məxsus laminatla üzlənmiş AAK № 000077 seriya nömrəli sürücülük vəsiqəsi və AAI № 670077 seriya nömrəli xəbərdarlıq talonu 1976-cı il 10 dekabr tarixində - Leonid İliçin 70 illik yubileyi günü SSRİ Daxili İşlər naziri Nikolay Anisimoviç Şyolokov tərəfindən zarafatyana hədiyyə edilib. 

Göründüyü kimi, xəbərdarlıq talonunun sürücüyə aid hissəsində boşluq yoxdur – çox sayda qayda pozuntularını əks etdirən möhürlər əks olunub.

Sözügedən sənəd 1991-ci ildə Moskvanın meri olmuş Qabriel Popov tərəfindən Brejnevin qaldığı bağ evində tapılıb.

Qeyd edilib ki, hərracda sürücülük vəsiqəsinin ilikn qiyməti 1 350 000 - 1 500 000 rubl aralığında qiymətləndiriləcək.

 





06.11.2019    çap et  çap et