525.Az

İran uranın zənginləşdirilməsinə başlayır


 

İran uranın zənginləşdirilməsinə başlayır<b style="color:red"></b>

İran noyabrın 6-dan etibarən Fordoda yerləşən obyektdə uranın zənginləşdirilməsinə başlayır.

APA RİA Novostiyə istinadla xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi deyib.

O bildirib ki, Fordodakı obyektdə uran 5 faizlə zənginləşdiriləcək.

Qeyd edək ki, bundan əvvəl İran prezidenti noyabrın 6-dan etibarən Rəsmi Tehranın dördüncü dəfə nüvə sazişi üzrə öhdəlikləri yerinə yetirməkdən imtina edəcəyini və Fordodakı müəssisədə uranı qazla təmin etmək üçün sentrifuqalardan istifadə etməyə başlayacağını açıqlamışdı.

 





06.11.2019    çap et  çap et