525.Az

"Qəzəllər" layihəsi çərçivəsində daha bir tədbir


 

"Qəzəllər" layihəsi çərçivəsində daha bir tədbir<b style="color:red"></b>

Beynəlxalq Muğam Mərkəzinin "Qəzəllər" layihəsi çərçivəsində Vahid ədəbi məktəbinin davamçısı, şair-qəzəlxan Seyidağa Həbibovun 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, ədəbi-bədii gecədə tanınmış şairlər və musiqişünaslar Seyidağanın Azərbaycan qəzəl məktəbində qoyduğu izdən söz açıblar.

Qeyd edilib ki, Seyidağa Həbibov "Azərbaycan", "Kirpi" jurnallarında, "Ədəbiyyat və incəsənət", "Azərbaycan müəllimi", "Azərbaycan gəncləri" qəzetlərində qəzəlləri və satirik şeirləri ilə müntəzəm çıxış edib. 1986-cı ildə "Yazıçı" nəşriyyatında işıq üzü görən "Qəzəllər" toplusunda Seyidağanın 60-a yaxın qəzəli çap olunub. Seyidağa yaradıcılığında vətənə məhəbbət, sənətə rəğbət, mərdlik, şücaət, vəfa, etibar kimi poetik obrazlara müraciət edib.

Tədbirdə Xalq artisti Simarə İmanova, Əməkdar incəsənət xadimi Aqil Məlikov və gənc muğam ifaçıları şairin qəzəllərinə müraciət ediblər.

 





06.11.2019    çap et  çap et