525.Az

Ceyhun Bayramov Sabirabadda vətəndaşları qəbul edib


 

Ceyhun Bayramov Sabirabadda vətəndaşları qəbul edib<b style="color:red"></b>

Təhsil naziri Ceyhun Bayramov Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində Sabirabad və Saatlı rayon sakinlərini qəbul edib.

Qəbuldan əvvəl Təhsil naziri Ceyhun Bayramov Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Nazir vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

Qəbulda vətəndaşlar əsasən, müəllimlərin yerdəyişməsi, işlə təmin olunma, məktəb binalarının təmiri, işə bərpa olunma, dərs saatlarının bölgüsü, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər. Ceyhun Bayramov həmçinin, Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb.

Görüşdə Sabirabad, Saatlı, Hacıqabul və Kürdəmirdən olan gənc müəllimlər iştirak ediblər.

Ceyhun Bayramov ixtisaslaşmış kadrlarla iş fəaliyyəti, onların peşəkar inkişafı və müəllimlərin fəaliyyətinin təkmilləşdirilməsindən danışıb. Ceyhun Bayramov müəllim nüfuzunun artırılması, eləcə də müəllim fəaliyyətinin stimullaşdırılması istiqamətində görülən işlərə də diqqət çəkib.

Müəllimlərin bilik və bacarıqlarının artırılması və təlim metodlarının tətbiqindən söz açan C.Bayramov tədbirin davamında iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Təhsil naziri çıxışının sonunda müəllimlərin hər birinə pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.

Sevinc QARAYEVA

 





06.11.2019    çap et  çap et