525.Az

Texniki Universitetlə Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universiteti arasında əməkdaşlıq genişlənir


 

Texniki Universitetlə Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universiteti arasında əməkdaşlıq genişlənir<b style="color:red"></b>

Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universiteti (UDDNU) ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində  AzTU-nun Strateji inkişaf üzrə prorektoru, professor Elton Məmmədov və Azərbaycan Respublikasının fəxri konsulu Əfqan Salmanov UDDNU-da olublar.

Görüşdə UDDNU-nun rektoru, professor Sergey Panchenko ilə bir sıra strateji məsələlər, o cümlədən, AZƏRBAYCAN-UKRAYNA MƏDƏNİYYƏT VƏ TƏHSİL MƏRKƏZİNİN yaradılması məsələsi müzakirə olunub və ilkin razılıq əldə edilib.

Mərkəzin yaradılmasında məqsəd Azərbaycan və Ukrayna tələbələri arasında sıx əlaqələrin qurulması, çoxmillətli tələbə mühitində mədəniyyətlərarası əlaqələrin genişləndirilməsi, mədəniyyət və təhsil  layihələrinin birgə həyata keçirilməsi, şəxsiyyətin inkişafı üçün şəraitin yaradılması, tələbələrin, işçilərin və universitet müəllimlərinin mədəni fəaliyyətlərinin təşkilində mədəni-təhsil səviyyəsinin artırılmasıdır.

Professor Elton Məmmədov və Azərbaycan Respublikasının fəxri konsulu Əfqan Salmanov UDDNU-nun rektoru professor Sergey Pançenkoya "Prezident İlham Əliyev. Zirvə görüşləri" kitabını, həmçinin, gələcək Mərkəz üçün Azərbaycan Respublikası haqqında maarifləndirici və təbliği  materialları təqdim edib.

 





06.11.2019    çap et  çap et