525.Az

Kulis.az saytı Ramiz Rövşənin fikirlərini təhrif edib


 

Kulis.az saytı Ramiz Rövşənin fikirlərini təhrif edib<b style="color:red"></b>

Bu günlərdə oxu.az saytına müsahibəsində Xalq şairi Ramiz Rövşən müğənni Akif İslamzadənin “Qadınların yeri cəhənnəmdir” fikrinə münasibət bildirib. O deyib: “Qadınların yerinin cəhənnəm olmasını deyə bilmərəm. Siz cəhənnəmlə cənnəti görmüsünüz? Bilirsiniz, hansı maraqlıdır? Bilmirsiniz axı. Qadınlar kişinin başının tacıdır. Əgər qadınlar yeri cəhənnəmdirsə, o zaman kişilər baş əyəcəklər cəhənnəmə. Bir dəfə bir söz dedim, onu heç kəs başa düşmədi. Dedim ki, qadını biz alçaltmışıq, aşağı salmışıq. Kişi ilə qadın bərabər səviyyədə deyil. Qadın kişinin başının tacıdır. Bu, mənim ən dəqiq düşüncəmdir. Siz fikirləşin ki, bir ailədə bir kişi haqqında onu aşağılıyan söz deyilsin (dələduzdur, avaradır). Ondan qadına bir toz qədər ləkə qonmaz. Amma qadın haqqında xoşagəlməz bir söz deyilsə, kişiyə ləkə qonar.

Deməli, qadın daha dəyərli, daha qiymətlidir. Kişi qadınını elə qorumalıdır ki, ona heç vaxt toz qonmasın”.
Kulis.az saytı isə Xalq şairinin son fikirlərini təhrif edərək bu formada oxuculara çatdırıb: “Bilirsiniz, hansı daha maraqlıdır? Bilmirsiniz axı. Əgər qadının yeri cəhənnəmdirsə, onda kişilərin birbaşa gedəcəyi yer cəhənnəmdir. Mən bir dəfə Elçinin bir sözünü demişdim, başqaları düz başa düşməmişdilər. Demişdim, görün biz qadını nə qədər alçaltmışıq, aşağı salmışıq ki, onu kişi ilə bərabər səviyyədə tuturuq. Qadın kişinin başının tacıdır. Və bu mənim ən dəqiq düşüncəmdir! Fikirləşin ki, bir ailədə bir kişi haqqında, nəsə onu aşağılayan bir söz deyilsin, bundan qadın üçün toz boyda ləkə qonmaz. Amma qadın haqqında deyilən hər bir pis söz onun üçün ləkə olar. Deməli, qadın daha dəyərli, daha qiymətlidir. Kişi qadını elə qorumalıdır ki, ona toz da qonmasın”.


Xalq şairi Ramiz Rövşən fikirlərinin kulis.az saytında təhrif olunmasından narahatlığını ifadə edib və buna etirazını bildirib.

 





06.11.2019    çap et  çap et