525.Az

Nazir: "2020-ci ildə də büdcənin sosialyönümlülüyü təmin ediləcək"


 

Nazir: "2020-ci ildə də büdcənin sosialyönümlülüyü təmin ediləcək"<b style="color:red"></b>

Ənənəvi olaraq, 2020-ci ildə də büdcənin sosialyönümlülüyü təmin ediləcək.

“APA-Economics”in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Mədəniyyət, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında çıxış edən Maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, bu əsasda, əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, o cümlədən, əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaradılması prioritet xərc istiqamətlərindən olacaq:

“Ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması 2020-ci ildə də davam etdiriləcək”.

Maliyyə naziri qeyd edib ki, 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24,134 mlrd. manat, xərcləri isə 26,913 mlrd. manat, icmal büdcənin gəlirləri isə 27,533 mlrd. manat təşkil edəcək:

“İcmal büdcə xərclərinin yuxarı həddi 29,488 mlrd. manat olacaq ki, bu da 2019-cu illə müqayisədə 2,117 mlrd. manat və ya 7,7% çoxdur. Dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1% və ya 13,5 mlrd. manat, qeyri-neft gəlirləri 43,9% və ya 10,6 mlrd. manat nəzərdə tutulur”.

 





07.11.2019    çap et  çap et