525.Az

“Babək prospektində kanalizasiya sisteminin çəkiləcəyinə dair məlumat yanlışdır”


 

“Babək prospektində kanalizasiya sisteminin çəkiləcəyinə dair məlumat yanlışdır”<b style="color:red"></b>

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Babək prospektində kanalizasiya xətlərinin çəkiləcəyi ilə bağlı xəbərə münasibət bildirib.

APA-nın məlumatına görə, Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında keçirilən ənənəvi mətbuat konfransında “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, yayılmış informasiya tamamilə səhvdir:
"Babək prospektində kanalizasiya sisteminin çəkiləcəyi ilə bağlı məlumat tam yanlışdır. Həmin prospektdə işlər çoxdan başa çatıb. Bu, sadəcə saytda yaranmış texniki bir səhv olub. Orada bizim heç bir işimiz qalmayıb. Saytda tarix səhv qeyd olunub".

 

 





07.11.2019    çap et  çap et