525.Az

Ədliyyə Nazirliyinin idarə rəisi: "Bir hakim ayda yüzdən çox işə baxır"


 

Ədliyyə Nazirliyinin idarə rəisi: "Bir hakim ayda yüzdən çox işə baxır"<b style="color:red"></b>

“Hazırda Azərbaycanda bir hakim ay ərzində orta hesabla 100-dən çox işə baxır”.
 
APA-nın məlumatına görə, bunu bu gün IV Beynəlxalq Bankçılıq Forumunda “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı: yeniliklər və çağırışlar” mövzusunda çıxış edən Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi vəzifəsini icra edən Aynur Sabitova bildirib.
 
A. Sabitova deyib ki, fərmanda hakimlərin sayının artırılması nəzərdə tutulub və bu istiqamətdə işlər davam edir:

“Bəzi Avropa dövlətlərində hər 100 min nəfərə 20-dən artıq hakim düşdüyü halda Azərbaycanda bu göstərici 6 hakim təşkil edir. Bu da Azərbaycanda hakimlərin iş yükünün çox olmasına gətirib çıxarır. Məsələn, birinci instansiya məhkəmələrinə daxil olan mülki xarakterli işlərin sayı 2016-cı ildə 450 mini keçib”.

 





07.11.2019    çap et  çap et