525.Az

AzMİU tələbələri Bayraq gününü Şəhidlər Xiyabanında qeyd etdilər - Foto


 

AzMİU tələbələri Bayraq gününü Şəhidlər Xiyabanında qeyd etdilər - <b style="color:red">Foto</b> Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri xalqımızın tarixində mühüm yer tutan 9 noyabr - Dövlət Bayrağı Gününü fərqli formada qeyd ediblər.

Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə tələbələrin, “Qarabağ Azərbaycandır!” devizi altında Şəhidlər Xiyabanına ziyarəti gerçəkləşdirilib.

Yürüşdə Universitetin müxtəlif fakültələrindən, fərqli kurslardan olan 50-yə yaxın azərbaycanlı tələbə, həmçinin AZMİU-da təhsil alan əcnəbilər iştirak ediblər.

Tələbələrə Dövlət Bayrağımız barədə, Bayraq Günü haqqında ətraflı məlumat verilib, xatirə şəkli çəkdirilib.
 





09.11.2019    çap et  çap et