525.Az

Milli Kitabxanada Bayraq Gününə həsr olunmuş kitab sərgisi


 

Milli Kitabxanada Bayraq Gününə həsr olunmuş kitab sərgisi <b style="color:red"></b>

Noyabrın 8-də Milli Kitabxanada "9 noyabr - Azərbaycan bayrağı günüdür" adlı geniş kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, sərgidə dövlət atributları haqqında Azərbaycan, rus və digər dillərdə nəşr olunmuş kitab və dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Qeyd edək ki, dövlət bayrağımız ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli qərarı ilə qəbul edilib. Dövlət bayrağımız 70 il sonra 1990-cı il noyabr ayının 17-də Naxçıvanda Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilərək yüksəklərə qaldırıldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadəti ilə 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu"nu qəbul etdi. Bu Konstitusiya Qanunu ilə üçrəngli milli bayrağımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edildi və bu müqəddəs istiqlal rəmzimiz bütün Azərbaycan üzərində dalğalanmağa başladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi qeyd edilir.

ŞAHANƏ

 





11.11.2019    çap et  çap et