525.Az

Kraliça Elizabet epoxası - Tüdorların uğurları və bədbəxtliklər seriyası


 

Kraliça Elizabet epoxası - <b style="color:red">Tüdorların uğurları və bədbəxtliklər seriyası </b>

(Əvvəli ötən şənbə sayımızda)

Anna Boleyn isə daha dəhşətli taleyə malik oldu. O, hələ sarayda olarkən əri bu vaxtadək iki kraliçanın ledisi olmuş, 27 yaşlı Ceyn Seymura meyl etmiş, ona yaxınlaşmışdı. Annanın edamından az sonra Henri Ceynə evləndi. Ceyn mömin katolik idi. Ona görə də katolik Katerinanın qızı Mariya ilə kralı barışdırdı, bu vaxt artıq kralın bu qızının 17 yaşı var idi. Mariya saraya gətirildi. Lakin dini zəmində baş verən anlaşılmazlığa görə kral bu arvadına da hirslənirdi və onu sələfi olan kraliça Annanın taleyinin təkrarı ilə hədələyirdi.

1537-ci ildə Ceyn nəhayət, varis doğdu. Onu Eduard adlandırdılar, o, atası öldükdən sonra VI Eduard kimi taxt-taca çıxdı. Lakin Ceyn Seymur yataqdan qalxmadı və 12 gün sonra öldü.

Linlisqou sarayında yaşayan Marqaret isə hər iki bacısından yaxşı vəziyyətdə idi. Ölkəsi dinc şəraitdə yaşayırdı, onun oğlu da artıq kral kimi tanınmışdı. Bir qədər sonra o, Meridən məktub aldı:

"Əziz bacım.

Qarnımdakı ağrı çox pisdir. Milad bayramını da görməyə şübhə edirəm. Toy gizli keçdi, çünki gəlinin qarnı böyümüşdür və mən Boleynin bastardını görəcəyimə şübhə edirəm. Allah məni bağışlasın. Lakin mən dua edirəm ki, onun uşağı tələf olsun və onun şişmiş qarnı mənimki kimi daşa dönsün.

Biz öz vaxtımızı bir-birimizə vurula-vurula və paxıllıq edə-edə keçirdik. Biz bir-birimizi himayə etdik. İndi mən ölürəm, sən ərin olmayan kişi ilə yaşayırsan, sənin əsl ərin isə düşmənindir. Qızın səndən uzaqlaşdırılmışdır və Katerina da sevgisinə görə ərə getdiyi printsə qarşı döyüşdə uduzdu. Məhəbbət bizi mərhəmətli etmirsə, onun nə dəyəri vardır. Bu baxımdan biz bacı ola-ola bir-birimizi qoruya bilmədik. M."

Merinin vaxtsız ölümdən qorxusu düz çıxdı, o, 1533-cü ildə 37 yaşında həyatdan getdi. O, xoşbəxt olmaq üçün Müqəddəs Roma imperatoruna nişanlanmışdı, lakin nişanı pozdu və 1514-cü ildə Fransa kralı, 52 yaşındakı, lakin xəstə olan XII Luiyə ərə getdi və onunla heç bir il yaşamamış kral öldü və Meri çox gənc yaşında dul qaldı. Sonra o, öz məhəbbəti əsasında gizli qaydada Çarlza ərə getdi, bu nikahdan bir qızı oldu. Fransez adlı bu qız sonralar I Mariya Tüdor ilə taxt-tac üstündə rəqabət aparan və məğlub olan Ledi Ceyn Qreyin anası idi.

Meri Tüdor və ya Meri Fransalı (1496-1533-cü illər) VII Henrinin və Elizabetin qızı olmaqla, 1508-1514-cü illərdə Kastiliya printsi, sonralar isə imperator olan V Karlın nişanlısı olmuşdu. 1514-cü ildə nişanı pozub, Fransa kralı XII Luiyə ərə getmişdi, bir il sonra kral ölmüşdü. 1515-ci ildə İngiltərəyə qayıdan Meri gizli qaydada Saffolk I hersoqu olan Çarlz Brendona ərə getmişdi, onunla birlikdə 1520-ci ildə Soyuq paltar çölünə yollanmışdı. Çarlzdan olan qızı Fransez ledi Ceyn Qreynin anası idi.

Marqaretin kral oğlu Ceyms isə 24 noyabr 1542-ci ildə Solvey torf bataqlığı döyüşündə məğlub oldu və az sonra, 30 yaşında öldü. Onun ikinci arvadı Mariya Gizdən 6 gün əvvəl doğulan qızı Mariya Styuart Şotlandların kraliçası kimi onu taxt-tacda əvəz etdi. Lakin onun da acı taleyi 1587-ci ildə İngiltərədə bu kraliçanın edam olunmasına gətirib çıxardı.

V Ceyms (1512-1542-ci illər) 1513-1542-ci illərdə Şotlandiya kralı olmuşdu, əvvəlki kral IV Ceymsin və Marqaretin oğlu idi. Kiçik yaşlarında anası ona regentlik etmiş, sonralar isə bu regentlik Olbani hersoquna keçmişdi. 1524-cü ildə kraliça anası və Parlament tərəfindən hökmranlıq etməyi artıq onun bacardığı elan edilmiş və Olbani də regentliyindən azad edilmişdi. Anqus qrafı Arçibald Duqlas tərəfindən başqa kübarlarla birlikdə 1525-1528-ci illərdə həbsdə saxlanmışdı. 1528-ci ildə hakimiyyətə nəzarəti ələ keçirmiş, kübarlar tərəfindən istismar edilən adamları himayə etmək üçün layihələndirilmiş islahatlar həyata keçirmişdi. İngiltərə ilə müharibəyə başlamış. Solvey Mossda 24 noyabr 1542-ci ildə məğlub olmuşdu və bundan az sonra ölmüşdü. Onun qızı olan şotland kraliçası Mariya Styuart 6 günlük yaşında taxt-tacda onu əvəz etmişdi, bu qız, 1538-ci ildə onun evləndiyi ikinci arvadı olan Meri Gizdən olmuşdu.  

Kraliça Elizabet epoxası 

Kral VIII Henri öldükdən sonra taxt-taca atasının vəsiyyətinə görə VI Eduard adı altında 9 yaşlı oğlu Eduard çıxdı. Lakin o, xəstə idi və 6 ildən sonra öldü. 1553-cü ildə hakimiyyətə I Mariya adı altında Henrinin böyük qızı, Katerina Araqonludan doğulmş Mariya gəldi və 5 il sonra o da öldü. Bu dəfə artıq I Mariyanın özünün vəsiyyəti ilə daim ölüm qorxusu altında saxladığı kiçik ögey bacısı, kralın Anna Boleyndən olan qızı Elizabet I Elizabet adı altında kraliça oldu. O, artıq başqalarına bənzəməyən tam fərqli bir kraliça idi. Onun siyasətinin uğurları İngiltərəyə böyük qüdrət gətirdiyi kimi, özünə də xalqın güclü etibarını və sonralar da sönməyən məhəbbətini gətirdi. 1558-ci ildən 1603-cü ilə kimi hökmranlıq etmiş kraliça I Elizabet bütün ingilis hökmdarlarının ən böyüklərindən biri olmaqla, təkcə öz dövründə deyil, sonrakı əsrlərdə də ingilis xalqının məhəbbətini və iftixarını qazanmışdır. Öz ağlına, ehtiyatlılığına, müdrik dövlət xadimliyinə, həmçinin, xarakterinin ədalətliliyinə, adamları loyallığa və özünü vətənə həsr etməyə ilhamlandırdığına görə, onun öz şəxsi nümunəsi də hansısa bir rəqib tanımaması Elizabeti görkəmli hakimiyyətlərə sahib etmişdi.

Kral VIII Henrinin ikinci arvadı Anna Boleyndən olan qızı olmaqla, o, Henrinin uşaqlarından üçüncüsü idi ki, kiçik qardaşının və böyük bacısının arxasınca taxt-taca qalxmışdı, xəstə VI Eduardın və I Mariyanın (Merinin) qısa sürən (birlikdə 11 il davam edən) hökmranlığından sonra hakimiyyətə gəlmişdi.

Mariya İngiltərədə katolitsizmi bərpa etməyə cəhd etdikdən sonra Elizabetin taxt-taca çıxması xalqın ümidini artırmışdı. Çünki o, daim protestantizmlə bağlı olmuşdu, həm də onun 25 yaşında gənc bir qız olması və digər tərəfdən qəmgin təbiətli, orta yaşlı sələfi olan bacısına tam zidd mövqeyi hesabına, onun kraliçalığa yüksəlməsi ölkədə əhval-ruhiyyənin yüngülləşməsi və şənlənməsi ilə müşayiət olunmuşdu. Ona görə də onun hakimiyyətə gəlməsi xoş qarşılanmışdı. Onun illyuzor xeyirxahlığı daimi loyallığa və qorxu təlqin etməyə çevrildi, o, ilk dövrlərdən hakimiyyətin yüyənini möhkəm surətdə öz əlinə götürdü, müşahidəçilərdən də, öz atasına olan kimi monarxa mütləq tabe olmağı tələb etdi. Onun qətiyyətsizliyi və xarakterinin digər əlamətləri, güman ki, uşaqlığının dəhşətli illərində keçirdiyi kədərli hisslərdən yaranmışdı, taxt-tacda isə bu, dövlətə xidmətdə fayda verməsinə tərəf döndü.

Elizabet 7 sentyabr 1533-cü ildə Qrinviç sarayında doğulmuşdu. İki il doqquz aydan sonra anası Anna Boleynin zinakarlıqda, ərinə xəyanətdə ittiham edilməklə edam edilməsi, bu körpə qızın həyatını alt-üst etmişdi. Elizabetin uşaqlığı taleyin tam ciddi surətdə dəyişilməsi ilə müşayiət olunmuş, ölkədəki siyasi və dini intriqalardan gələn təhlükələr şəraitində keçmişdi. Yalnız onun müstəsna dərəcədəki ağıllılığı, lord Tomas Seymurun xəyanəti ilə bağlı olmaqdan onu uzaqlaşdırmaqla, xilas etmişdi. Tomas isə 6 il hökmranlıq etmiş azyaşlı kral VI Eduardın dayısı, anası Ceyn Seymurun doğma qardaşı idi. Tomas Seymur bacısı oğlunun krallığı dövründə nüfuza yiyələnməsinə baxmayaraq, Elizabetə evlənməyi təklif etsə də, paradoksal görünsə də, məhz onun qardaşının hakimiyyətini devirməyi ilhamlandırmağına görə o, ittiham edilmişdi.

Lord Seymur Elizabetin anası öldürüldükdən sonra kral VIII Henrinin evləndiyi Ceynin qardaşı olmaqla yanaşı, qızın ögey anası, kralın axırıncı və dul qalan arvadı Katerina Parra kralın ölümündən dörd ay sonra evlənmişdi. Tomas onun dördüncü əri idi. 1548-ci ildə Katerina ona qız doğdu, lakin özü yataqdan qalxmadan öldü. Elizabet həmin dövrdə onların evində yaşayırdı və Tomas bu gənc qıza münasibətdə yaramayan hərəkətlərə yol verir, onun yançağına sillə vurmaqdan da çəkinmirdi, Elizabet isə onun bu həyasız şıltaqlığına dözməli olsa da, Tomasın uzağa gedən meyllərini həyata keçirməyə müqavimət göstərirdi. Tomas onunla evlənməyi, kral Eduard qətlə yetirildikdən sonra özü kral, Elizabetin isə kraliça olmağını planlaşdırırdı. Elizabetin isə bundan xəbəri yox idi. Lord Seymurun evlənmək təklifini çatdıran vasitəçiyə isə qeyri-müəyyən cavab vermişdi. Tomas bilirdi ki, Gizli Şura onun Elizabetə evlənməyinə razılıq verməyəcəkdir. Ona görə də 1548-cu ildə gecə kralın yanına gizlicə getmək istədi ki, buna birbaşa ondan icazə alsın. Onu kralın yanına buraxmadılar, tutdular və o, kralı öldürməyə cəhddə ittiham edilərək, edam edildi. Elizabet Tauerə salındı və lord Seymurun qəsdində iştirakı sübut edilmədiyindən o, həbsdən azad edildi. Kral qardaşı ilə isə onun münasibəti çox yaxşı idi.

Böyük bacısı I Mariyanın hökmranlığı dövründə ser Tomasla onun intim yaxınlığı olmasını sübut edilməsinə cəhd edildikdə, Londondakı yenə də Tauer qəsrində saxlanılırdı. Bu vaxt onu digər daha ciddi, kraliçaya qarşı qiyam barədə məlumatı olması ittihamı da irəli sürüldü, lakin o, Uayın 1554-cü ildəki qiyamından az məlumatlı olduğunu etiraf etmişdi və ağır cəzadan xilas olmuşdu. Növbəti varis olduğundan və protestant qadından anadan olması ucbatından, katolik bacısı, kraliça I Mariyanın hökmranlığı dövründə, həm də Mariyanın əri ispaniyalı kral II Filippin ambitsiyalı planlarına görə, Elizabet daim təhlükədə idi. Yalnız müstəsna şərait onu bu böhranlardan xilas etdi və həm də suallara özünün sonralar adlandırdığı "cavabsız cavab" verməyi, onun ömrü boyu siyasi və şəxsi işlərinin, demək olar, uğurlu olmasını xarakterizə edirdi.

Elizabet taxt-taca 17 noyabr 1558-ci ildə ölən bacısı I Mariyadan sonra çıxdı. Onun hakimiyyətinin ilk 12 ili xalqın çoxluğu, özü də həm protestantlar və həm də katoliklər tərəfindən onun necə bir qiymətə layiq olduğunu müəyyən etdi. Onun 1559-cu ildə dini məsələni həll etməsi, baxmayaraq ki, protestantizm dini qanunla məcbur edilirdi və Messanın (katoliklərin həftənin sonunda bir dəfə keçirilən ali ibadəti) qanunsuz olması elan edilmişdi, bu vaxt müstəsna qaydada katoliklərə tolerantlıq göstərilməsini tələb edirdi.

Papa V Piy 1570-ci ildə kraliçaya qarşı "İngiltərə kraliçası olmağa iddiaçı Elizabet" adlı sənədi kraliçanın bütün öz təbəələrini ona sədaqət göstərməkdən azad edirdi. İngilis katolikləri beləliklə, zəruri qaydada, əsasən, qəddarcasına ədalətsizliklə şübhə altına salınırdılar, guya ki, onlar həqiqi və ya potensial xainlərdir. Buna müvafiq olaraq, onlara qarşı cəza qanunları öz sərtliyini artırdı. İezuit missionerləri 1580-ci ildən İngiltərəni tərk etməyə başladılar.

Elizabetin kişi cəmiyyətində əylənməsi və nikaha girməməsi İngiltərədə xarici siyasət səviyyəsinə yüksəlmişdi. Elizabet öz məşhur bakirəliliyinə (onun şərəfinə əvvəlcə ingilislərin Şimali Amerikadakı məskunlaşdıqları adi, sonralar isə ABŞ-ın iki ştatı "Virciniya" adlandırılmışdı, onun kökü olan ingilis sözü "Virgin" - "bakirə" deməkdir) az əhəmiyyət verməyi tələb edirdi. Onun bir neçə kişi ilə dostluğu romantik söhbətlərin mövzusu olmuşdu. Onlar ser Kristofer Hetton, 1587-ci ildən 1591-ci ilə qədər o, lord-kansler olmuşdu, ser Uolter Reli, o, saray adamı və səyyah idi, gənc Esseks qrafı idi. Hamıdan yuxarıda lord Robert Dadli dururdu, onu kraliça 1564-cü ildə Lester qrafı etmişdi.

(Ardı var)

 





11.11.2019    çap et  çap et