525.Az

Nazarbayev Rusiya və Ukrayna prezidentləri arasında görüş təşkil etməyə çalışır


 

Nazarbayev Rusiya və Ukrayna prezidentləri arasında görüş təşkil etməyə çalışır<b style="color:red"></b>

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında təkbətək görüş təşkil etməyə çalışır.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın sabiq prezidenti paytaxt Nur-Sultanda keçirilən beynəlxalq konfransda bildirib.

“Zelenski artıq təkbətək görüşə razılıq verib və mən bu barədə Rusiya Prezidentini məlumatlandırmışam”, - deyə N. Nazarbayev vurğulayıb.

O qeyd edib ki, görüşlə bağlı V. Putindən cavab gözləyir.

N. Nazarbayev görüş yeri üçün isə Qazaxıstanı təklif edib.

 





12.11.2019    çap et  çap et