525.Az

2 fəhlənin kanalizasiya quyusuna düşərək ölməsilə bağlı cinayət işi başlandı


 

2 fəhlənin kanalizasiya quyusuna düşərək ölməsilə bağlı cinayət işi başlandı <b style="color:red"></b>

Bakıda fəhlələr kanalizasiya quyusuna düşərək ölüb.

Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, noyabrın 11-i səhər saat 08 radələrində 1993-cü il təvəllüdlü Cavad İlyaslı və 1974-cü il təvəllüdlü Djamaladin Molayevin paytaxtın Xətai rayonu ərazisində yerləşən “Ağ şəhər”də çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş quyuya düşərək ölmələri faktı ilə bağlı Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarını pozma; iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanmış cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Bakı şəhər prokurorluğuna tapşırılıb.

 





12.11.2019    çap et  çap et