525.Az

MSK sədri: “Seçki hüquqlarının qorunması üçün bütün addımları atacağıq”


 

MSK sədri: “Seçki hüquqlarının qorunması üçün bütün addımları atacağıq”<b style="color:red"></b>

“Azərbaycan vətəndaşlarının seçki hüquqlarının qorunması üçün biz Mərkəzi Seçki Komissiyası olaraq bütün addımları atmalıyıq”.

APA-nın məlumatına görə, bunu "Seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli" mövzusunda keçirilən seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

O qeyd edib ki, seçkilərdə seçki hüquqları ilə bağlı məsələlərdən narazı qalan vətəndaşlar ilkin olaraq Dairə Seçki Komissiyasına müraciət edir:

“Dairə Seçki Komissiyası da Mərkəzi Seçki Komissiyasına müraciət edir və Mərkəzi Seçki Komissiyasında qərar verilir. Şikayətçi bizim verdiyimiz qərardan narazı qaldıqda isə Apelyasiya Məhkəməsinə, oradan da narazı qaldıqda isə Ali Məhkəməyə müraciət edir. Yəni bütün bunlar vətəndaşlarımızın ali hüquqlarıdır".

MSK sədri həmçinin bildirib ki, Azərbaycan dünyanın demokratik ölkələrindən biridir:

“Buna heç kim şübhə edə bilməz. Seçkilərimizi də demokratik qaydada keçirəcəyik”.

Qeyd edək ki, dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.

Xatırladaq ki, sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.

 





12.11.2019    çap et  çap et