525.Az

Ali Məhkəmənin Kollegiya sədri: “Şikayətlərin bütün dəlilləri hərtərəfli araşdırılmalıdır”


 

Ali Məhkəmənin Kollegiya sədri: “Şikayətlərin bütün dəlilləri hərtərəfli araşdırılmalıdır”<b style="color:red"></b>

“Əsas məsələlərdən biri vətəndaşların seçki hüquqlarının pozulması ilə bağlı şikayətlərin istər müvafiq yuxarı seçki komissiyalarında, istərsə də, məhkəmələrdə araşdırılması ilə bağlıdır”.

APA-nın məlumatına görə, bunu "Seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli" mövzusunda keçirilən seminar-müşavirədə Ali Məhkəmənin Kollegiya sədri Hikmət Mirzəyev deyib.

O bildirib ki, həm yuxarı seçki komissiyaları tərəfindən, həm də məhkəmələrdə şikayətə baxılarkən şikayətin bütün dəlillərinin hərtərəfli araşdırılmasının təmin edilməsi olduqca mühüm əhəmiyyət kəsb edir:

“Bu məsələni ayrıca olaraq ona görə vurğulamaq istəyirəm ki, seçki hüququnun pozuntusu ilə bağlı olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən ölkəmizə qarşı çıxarılmış qərarların bir çoxunda məhz şikayətçinin bütün dəlillərinin və bununla bağlı zəruri sübutların araşdırılmaması pozuntu faktını müəyyən etməyə əsas vermişdi. Məhkəmənin ümumi mövqeyinə görə dövlətin azad və ədalətli seçkilər keçirməkdən ibarət olan pozitiv öhdəliyi tələb edir ki, şikayətlə bağlı sadəcə iddiaçı tərəfindən təqdim olunmuş sübutlar əsasında araşdırma aparılmamalı, həmçinin şikayətçinin dəlillərinin həqiqətə uyğunluğunu yoxlamaq üçün dövlət orqanları əlavə addımlar atmalıdır”.

 





12.11.2019    çap et  çap et