525.Az

“Ustad” bu sayında nobelçiləri təqdim edir


 

“Ustad” bu sayında nobelçiləri təqdim edir <b style="color:red"></b>

“Hədəf” Nəşrlərinin təsis etdiyi “Ustad”ın 31-ci sayı nəşr olunub.
 
Redaksiya heyətindən verilən məlumata görə, ədəbiyyat və sənət dərgisi olan “Ustad”ın noyabr sayında da müxtəlif sənət yazıları və ədəbi nümunələr yer alıb. “Ustad”ın bu sayında 2018 və 2019-cu ilin Ədəbiyyat üzrə Nobel mükafatçılarının əsərləri də təqdim olunub. 

Dərgi şef redaktor Müşfiq Xanın “Epizodik rolda mən” başlıqlıpritçaları ilə başlayır. MüəlliflərdənSəbuhi Şahmursoy (“Ağ qapının ölçüsü” hekayəsi), Könül Nuriyeva (“Relsi olmayan dəmir yolu” hekayəsi), Olqa Tokarçuk (“Lobya Falı” hekayəsi), Vudi Allen (“Pəhriz” hekayəsi),Peter Handke (“Qapıçının penalti anındakı həyəcanı” romanından bir hissə), Ölüm məddahı Sadiq Hidayət və onun “Kor Bayquş” romanı”resenziyası), Xanım Anela (“Yer mələyi” essesi və “Böyük rus ədiblərinin qonorarları” araşdırma məqaləsi), Ceylan Mumoğlu (“Zülmətin hökmü, qaranlığın hesabatı” resenziyası), Pərvanə Bayramqızı (“Mütaliədən bizə qalanlar” essesi),Xəyalə Murad (“Puşkin və oğlu Düma” araşdırma məqaləsi) və Azər Qismət (“Yapon incəsənətində fərqliliklər” araşdırma məqaləsi) kimi imzaların yazıları dərginin əsas hissəsini təşkil edir. 

“Düşündüklərimiz duyğularımızı yaradır” – deyənTürkiyədə yaşayan həmyerlimiz, yazıçı-motivator Ceylan Mumoğlu “Ustad”ın bu sayının müsahibidir. Onunla oxucu İlahə Eldarqızı söhbətləşib. 

Poeziya bölməsində məşhur ərəb şairi Adonisin “Külək və ağac şərqisi” şeiri (S.Şahmursoyun tərcüməsində) və şair Elşən Mehdinin “Polkovnikə uzaq yerdən yazıram” başlıqlı silsilə şeirləri dərc olunub. 

Dərginin bu sayının səhifələrində beş yerli yazıçının müştərək qələmindən çıxan “Qatar boyunca əsən küləklər” adlı eksperimental hekayə də yer alıb. 

“Ustad”ın 31-ci sayını artıq kitabevim.az mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

 





12.11.2019    çap et  çap et