525.Az

AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsində yeni müdir


 

AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsində yeni müdir <b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə müdir təyin olunub.

Akademiyadan Trend-ə verilən məlumata görə, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə müdir təyin olunub.

Bu barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev müvafiq sərəncam imzalayıb.

A.Şükürov bu gün akademiyanın əsas binasında keçirilən tədbirdə kollektivə təqdim olunub.

 





12.11.2019    çap et  çap et