525.Az

Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanıldı


 

Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanıldı <b style="color:red"></b>

Müsavat Partiyasının başqanı Arif Hacılı polis tərəfindən saxlanılıb.

Bu barədə APA-ya Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər bildirib. O qeyd edib ki, A.Hacılı polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılıb.

İ.Qəmbər həmçinin qeyd edib ki, saxlanılarkən A.Hacılının telefonu da əlindən alınıb. 

Qeyd edək ki, Müsavat Partiyası noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binasının qarşısında piket keçirmək barədə qərar qəbul edib və bununla bağlı quruma müraciət edib. BŞİH piketə razılıq verməyib.

Bundan sonra Müsavat Partiyası noyabr ayın 12-də BŞİH-nın qarşısında razılaşdırılmamış aksiya keçirəcəyini elan edib.

 





12.11.2019    çap et  çap et