525.Az

ABŞ və Fransa prezidentləri arasında telefon danışığı


 

ABŞ və Fransa prezidentləri arasında telefon danışığı <b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronla telefon əlaqəsi yaradıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, telefon danışığı zamanı Suriya, İran, bir sıra ticarət məsələləri, həmçinin 3-4 dekabrda Londonda keçiriləcək NATO sammiti müzakirə olunub.

“İki lider Suriya mövzusunda koordinasiyanı davam etdirmək niyyətlərini bəyan ediblər. İranın nüvə proqramını inkişaf etdirmək üçün atdığı addımlardan da narahatlıqlar ifadə olunub. Prezident Tramp ABŞ şirkətləri üçün bərabər şərtlərin təmin edilməsinin vacibliyini də vurğuladı. Bundan əlavə, prezidentlər gələn ay NATO sammitində Londonda tərəfdaşlarla görüşdən gözləntilərini bölüşüblər”, - deyə məlumatda qeyd olunur.

Hər iki prezidentin NATO zirvəsindən əvvəl görüşəcəyi də bildirilir.

 





13.11.2019    çap et  çap et