525.Az

Nostrifikasiya ilə bağlı sənəd qəbulu müvəqqəti dayandırılır


 

Nostrifikasiya ilə bağlı sənəd qəbulu müvəqqəti dayandırılır<b style="color:red"></b>

Xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı sənəd qəbulu 15, 16 və 17 noyabr 2019-cu il tarixlərində müvəqqəti olaraq dayandırılır.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, buna səbəb nostrifikasiya üzrə elektron ərizə sistemində təkmilləşdirmə işlərinin aparılmasıdır.

“Təkmilləşdirmə işlərinin aparılmasında məqsəd xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, müraciətlərə baxılması prosesinin sürətləndirilməsi və sistemin dayanıqlılığının təmin edilməsidir”, - deyə məlumatda qeyd olunub.

 





13.11.2019    çap et  çap et