525.Az

MTRŞ prezidentə müraciət etdi


 

MTRŞ prezidentə müraciət etdi<b style="color:red"></b>

Milli Televiziya və Radio Şurası (MTRŞ) qurumun maddi-texniki bazasının möhkəmləndirilməsi və Şuranın ştatda olan işçilərinin sayının artırılması üçün ölkə Prezidentinə müraciət edib.

APA-nın xəbərinə görə, bu barədə MTRŞ sədri Nuşirəvan Məhərrəmli APA TV-yə bildirib.

Onun sözlərinə görə, teleradio sahəsində daha sistemli monitorinq aparmaq üçün Şuranın işçilərinin sayının artırılmasına ehtiyac var:

“Bəzən monitorinqi aparmaq üçün digər şöbələrin işçilərini cəlb edirik. MTRŞ fəaliyyətə başlayanda ölkədə 5 ümumrespublika yayımçısı var idi, indi isə 12 ümumrespublika yayımçısı var. Bundan əlavə regional kanallar, kabel televiziyaları fəaliyyət göstərir”.

 

 





13.11.2019    çap et  çap et