525.Az

Firuz Mustafanın "Sahibsiz adam"ı Krımda


 

Firuz Mustafanın "Sahibsiz adam"ı Krımda<b style="color:red"></b>

Yazıçı-dramaturq Firuz Mustafanın "Sahibsiz adam" pyesinə maraqlı quruluş verilib.

Krımda yaşayan soydaşımız Arifə Muxtarovanın verdiyi məlumata görə, bu günlərdə Krım Respublikasının paytaxtı Simferopolda yerləşən Krım-tatar Dövlət Akademik Musiqili Dram teatrında dramaturqun adıçəkilən əsərinin premyerası olub.

Tamaşanın quruluşçu rejissoru Nabat Həsənovadır. "Sahibsiz adam"ın premyerası böyük coşqu və anşlaqla keçib.

Əsəri Krım-tatar dilinə Refat Səid-Abpayev çevirib.

 





13.11.2019    çap et  çap et