525.Az

DİM musiqi təhsili almaq istəyən abituriyentlərə müraciət edib


 

DİM musiqi təhsili almaq istəyən abituriyentlərə müraciət edib<b style="color:red"></b>

2020-2021-ci tədris ili üçün keçiriləcək "İnstrumental ifaçılıq (xalq çalğı alətləri ifaçılığı-nağara)" ixtisası üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərdən minimum 5 illik musiqi təhsili tələb ediləcək.

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən bildirilib ki, 2019-2020-ci tədris ili üçün qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtlərinə əsasən, Azərbaycan Milli Konservatoriyasının "xalq çalğı alətləri ifaçılığı-nağara" aləti 22-ci komissiyada yer alıb.

Həmin komissiya üzrə qabiliyyət imtahanı "ixtisas", "harmoniya və solfecio" fənlərindən ibarətdir.

DİM ekspertlərlə müzakirələr aparıb və "İnstrumental ifaçılıq (xalq çalğı alətləri ifaçılığı-nağara)" aləti üzrə qabiliyyət imtahanlarının "ixtisas", "musiqi nəzəriyyəsi və solfecio" fənləri üzrə keçirilməsi qərara alınıb. Bu qərara uyğun olaraq Azərbaycan Milli Konservatoriyasının "İnstrumental ifaçılıq (xalq çalğı alətləri ifaçılığı-nağara)" ixtisası üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər 23-cü komissiya üzrə qeydiyyatdan keçməlidirlər. Qabiliyyət imtahanlarını müvəffəqiyyətlə verib müsabiqəyə buraxılan abituriyentlər bu alət üzrə Bakı şəhərində tədris aparılan istənilən təhsil müəssisəsinin uyğun ixtisasını seçmək hüququ qazanacaqlar.

DİM-in dərc etdiyi "Abituriyent" jurnalının xüsusi buraxılışı olan "Xüsusi qabiliyyət imtahanları" jurnalında qabiliyyət imtahanlarının proqramları, imtahanlara hazırlaşmaq üçün metodiki tövsiyələr və digər məlumatlar çap ediləcək.

S.QARAYEVA

 





13.11.2019    çap et  çap et