525.Az

"İstehlakçılara satılan istilik maya dəyərindən aşağıdır"


 

"İstehlakçılara satılan istilik maya dəyərindən aşağıdır"<b style="color:red"></b>

Bu gün Azərbaycanda istehlakçılara satılan istilik maya dəyərindən aşağıdır.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev deyib.

Onun sözlərinə görə, tariflərin aşağı olması onun sosial yönümlülüyü ilə əlaqədardır, müəyyən qədər zərər məbləği ilə işləyir.

"Bu zərərin aradan qaldırılması üçün müəyyən addımlar atılır. Məsələn, ötən il ASC-nin “Azəriqaz”a yarandığı borc dövlət tərəfindən tənzimləndi. Yəni həmin zərər məbləği müəyyən formada aradan qaldırıldı. Ancaq zərərlə işləmək üçün müəssisənin özəlləşdirilməsi məsələnin tam həlli demək deyil. İlk növbədə bunun üçün kommersiya marağı olmalıdır", - deyə İ. Mirzəliyev qeyd edib.

O həmçinin əlavə edib ki, hazırda tariflərin artırılması ilə bağlı müəssisənin müraciəti olmayıb.

 

 





14.11.2019    çap et  çap et