525.Az

Azərbaycan aliminin yeni uğuru


 

Azərbaycan aliminin yeni uğuru <b style="color:red"></b>

Azərbaycan Dillər Universitetinin Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müdiri, Nyu-York Elmlər Akademiyasının üzvü, Özbəkistan Turan Elmlər Akademiyasının akademiki, Parisdə fəaliyyət göstərən Viktor Hüqonun Dostları Cəmiyyətinin üzvü, Türk Dünyası Araşdırmalar Beynəlxalq Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Əsgər Məmməd oğlu Zeynalovun bütün yaradıcılığı azərbaycançılığa, türk dünyasına xidmətə həsr olunmuşdur.

Bu zəhmətkeş alim “İrəvan ziyalıları” kitabını yazanda da, Volterin zərdüştliyə, türklərə, Hindistan mədəniyyətinə, İstanbulun fəthinə, Şərq mədəniyyətinə, tarixinə münasibətini açıqlayanda da, “Zairə” və “Skiflər” faciələrini, Viktor Hüqonun “Şərq motivləri”ni təhlil edəndə də, Qarabağ döyüşçüləri və şəhidləri, 20 Yanvar şəhidləri və iştirakçıları və ən nəhayət öz doğma yerləri barəsində kitablar yazanda da onun qələmində, canında, qanında azərbaycançılıq, türkçülük aydın görünür.

Onu da vurğulamaq lazımdır ki, azərbaycanlı alimin bu əsərləri təkcə respublikamızda deyil, Rusiyada, ABŞ-da, Fransada, Almaniyada, İngiltərə, Kanada, Hindistan və İsveç kimi nüfuzlu ölkələrdə işıq üzü görmüşdü.

Bu günlərdə prof. Əsgər Zeynalov Türk dünyasındakı xidmətlərinə görə Türk Dünyası Araşdırmalar Beynəlxalq Akademiyasının Beynəlxalq Qızıl medalı ilə təltif olunmuşdur.

Biz həmyerlimizi bu yüksək mükafat münasibətilə təbrik edir, möhkəm cansağlığı, yaradıcılığında yeni-yeni müvəffəqiyyətlər arzulayırıq.

 

 





14.11.2019    çap et  çap et