525.Az

TAP kəmərinin tikintisi 90,5% yekunlaşıb


 

TAP kəmərinin tikintisi 90,5% yekunlaşıb<b style="color:red"></b>

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz boru kəmərinin (TAP) inşasına başlanılandan bəri işlərin 90,5%-i yekunlaşıb.

TAP konsorsiumundan "APA-Economics"ə verilən məlumata görə, bu, oktyabrın sonunda qeydə alınan göstəricidir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.

 





15.11.2019    çap et  çap et