525.Az

Ekspert: "Valideynlər daha çox lifli qidalardan istifadə etməlidirlər"


 

Ekspert: "Valideynlər daha çox lifli qidalardan istifadə etməlidirlər"<b style="color:red"></b>

"Dünyada olduğu kimi, Azərbaycanda da piylənmə aktual problemlərdən biridir. Piylənmə insanlar, azyaşlı uşaqlar arasında geniş yayılıb".

APA xəbər verir ki, bunu Azərbaycanda Nutrologiya, Dieotologiya və Piylənmənin Tədqiqatı üzrə Akademiyanın (ANDOP) direktoru Sevinc Zaman Elmi Tədqiqat Kardiologiya İnstitutunda "Ürəyimizi şəkərli diabetdən necə qoruyaq" mövzusunda keçirilən elmi-praktik konfransda deyib. S.Zaman qeyd edib ki, piylənmə problemi əsasən 5 yaşa qədər uşaqlar arasında müşahidə olunur: "Bu səbəbdən də valideynlər bu yaşdakı uşaqlarının qidalarına daha diqqətli yanaşmalı və onlara tərkibində şəkərin miqdarı çox olan qidalar verməməlidirlər. Qazlı içkilər, “fast food”lar və digər ziyanlı qidalar uşaqların piylənməsinə səbəb olur".

O, valideynlərə uşaqların düzgün qidalanma rejiminə əməl etmələrini tövsiyə edib: "Uşaqlara düzgün qida vərdişləri aşılamaq lazımdır. Valideyn övladına daha kiçik yaşlarında qida vərdişlərini və rejimlərini öyrətməlidir. Belə olan halda uşaq böyüdükcə hansı qidanın onun sağlamlığı üçün zərərli, hansının faydalı olduğunu dərk edəcək. Valideynlər daha çox lifli qidalardan istifadə etməlidir, çünki o bağırsaqların funksiyalarını sürətləndirir ki, bu da piylənmənin qarşısını almış olur".

S.Zaman əlavə edib ki, 2016-cı ildə aparılmış tədqiqatın nəticələrinə görə, dünya əhalisinin 1,9 milyard nəfəri artıq çəkidən əziyyət çəkir. Onun 6 milyondan çoxu piylənmədən əziyyət çəkənlərdir: " 2016-cı ildə 41 milyona yaxın 5 yaşadək uşaq artıq piylənmədən əziyyət çəkib. Bu, maddi imkanı yaxşı olan ölkələrdən daha çox maddi imkanı daha aşağı olan ölkələrdə yayılıb. 2025-ci ildə piylənmə artıq dünyanın 70 faizini əhatə edəcək. Bunun əsas səbəbləri daha çox qida qəbulu, qəbul etdiyimiz qida ilə hərəkət enerjimiz arasında olan disbalansın olması, qidaların tərkibində zərərli karbohidratların, trans yağların olması, zəif fiziki aktivlikdir".

 





16.11.2019    çap et  çap et