525.Az

Terrorçulara yardım etməkdə təqsirləndirilən azərbaycanlı beynəlxalq axtarışa verilib


 

Terrorçulara yardım etməkdə təqsirləndirilən azərbaycanlı beynəlxalq axtarışa verilib<b style="color:red"></b>

Rusiya hüquq-mühafizə orqanları terrorçulara yardım etməkdə təqsirləndirilən azərbaycanlı barəsində beynəlxalq axtarış elan edib.

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, terrorçuluğa yardım etməkdə təqsirli bilinən Şəki rayon sakini, 1983-cü il təvəllüdlü Zaur Quliyev barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.

Hazırda Z.Quliyevin saxlanılması istiqamətində beynəlxalq axtarışlar davam etdirilir.

 

 





16.11.2019    çap et  çap et