525.Az

“AzerGold” QSC İSO beynəlxalq standartlarına dair Sertifikatlara layiq görüldü


 

“AzerGold” QSC İSO beynəlxalq standartlarına dair Sertifikatlara layiq görüldü<b style="color:red"></b>

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti beynəlxalq standartların tətbiqi istiqamətində daha bir uğura imza atıb. Cəmiyyət  İSO (International Organization for Standardization) beynəlxalq standartlarına dair 3 sertifikata layiq görülüb.

“TUV AUSTRIA CERT GMBH” sertifikatlaşdırma orqanı tərəfindən cari ilin 14-16 oktyabr tarixlərində keçirilmiş sertifikatlaşma auditinin nəticələrinə əsasən, “AzerGold” QSC-yə Keyfiyyət İdarəetmə Sistemi üzrə İSO 9001:2015, Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə İSO 45001:2018 və Ətraf Mühiti İdarəetmə Sistemi üzrə İSO 14001:2015  beynəlxalq sertifikatları təqdim edilib.

Xatırladaq ki, “AzerGold” QSC beynəlxalq standartların tətbiqinə 2016-cı ildən başlayıb. Səhmdar Cəmiyyət fəaliyyətin beynəlxalq idarəetmə standartlarına uyğun qurulması, o cümlədən qanunların və normativ sənədlərin tətbiqi, kadrların səriştəliliyi, istehsal olunan məhsulların rəqabətə davamlılığının artırılması, sağlam iş şəraitinin yaradılması, təbii ehtiyatlara zərərli tullantıların mənfi təsirinin azaldılması və digər meyarlar əsasında gözlənilən nəticələrə nail olub.

Adıçəkilən beynəlxalq sertifikatların əldə olunması şirkətə fəaliyyətin beynəlxalq idarəetmə standartlarına uyğun qurulması, istehsalın artması, beynəlxalq bazarlara çıxışın asanlaşması və ixrac potensialının artırılması kimi mühüm imkanlar yaradaraq, müəssisənin daxili və xarici bazarda müsbət imicinin qorunub saxlanılmasına, idarəetmədə müasir metodların tətbiqinə, ətraf mühitin mühafizəsi, əməyin təhlükəsizliyi və bu sahələrdə görülən işlərin daha da mükəməlləşdirməsinə təkan verəcək. Cəmiyyətin fəaliyyət sahəsinə uyğun olaraq, gələcəkdə digər beynəlxalq standartların da tətbiqi nəzərdə tutulur.

 





15.11.2019    çap et  çap et