525.Az

Bill Qeyts yenidən dünyanın ən zəngin adamı oldu


 

Bill Qeyts yenidən dünyanın ən zəngin adamı oldu<b style="color:red"></b>

“Microsoft” şirkətinin təsisçisi Bill Qeyts yenidən dünyanın ən zəngin adamı olub.

Trend-in məlumatına görə, “Microsoft” şirkəti Pentaqonla 10 milyard dollar məbləğində müqavilə imzaladıqdan sonra B.Qeytsin varidatı artıb.

“Bloomberg” agentliyi Bill Qeytsin varidatının 110 milyard dollar həcmində dəyərlənidirib.

109 milyard varidatı olan “Amazon” şirkətinin rəhbəri Ceff Bezos siyahıda ikinci yerə düşüb.

İlk üçlüyü “Louis Vuitton Moët Hennessy” şirkətlər qrupunun prezidenti Benua Arno qapayır. Onun 103 milyard dollar sərvətinin olduğu deyilir.

 





18.11.2019    çap et  çap et