525.Az

İran prezidentindən etirazçılara xəbərdarlıq


 

İran prezidentindən etirazçılara xəbərdarlıq <b style="color:red"></b>

“Avtomobil yolu bağlamaq üçün yox, istifadə etmək üçündür”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani deyib.

“Xalqın gündəlik həyatına problemlər yaradanlar, asayişi pozanlar və yol bağlayanlar haqqında ölçü götürülməlidir. Xalqın haqqı olan etirazından sui-istifadə edilir, soyuq silahla insanlara, banklara, polis mərkəzlərinə və telekanallara hücum edilir. Bu, dözülməzdir. Məhkəmə baş verənləri qanun çərçivəsində araşdırmalıdır”, - deyə İran Prezidenti vurğulayıb.

O qeyd edib ki, hökumət ölkədə sabitliyin pozulmasına imkan verməyəcək.

Xatırladaq ki, noyabrın 16-da İranda benzinin qiyməti 50 faiz qaldırılıb ki, bu da əhalinin narazılığına səbəb olub.

 





18.11.2019    çap et  çap et