525.Az

İranın Ali Rəhbərinin nümayəndəsinə sui-qəsd cəhdi olub


 

İranın Ali Rəhbərinin nümayəndəsinə sui-qəsd cəhdi olub<b style="color:red"></b>

İranın Ali Rəhbəri ayətullah Əli Xamneyinin nümayəndəsinə qarşı sui-qəsd cəhdi olub.

APA-nın xəbərinə görə, bu barədə İRNA agentliyi məlumat yayıb.

Bildirilib ki, bu gün axşam saatlarında İranın Ali Rəhbərinin nümayəndəsi, Yəzd şəhər məscidinin imamı Məhəmməd Naseri Yəzdiyə qarşı təşkil edilmiş sui-qəsd cəhdinin qarşısı təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən alınıb.

Bildirilib ki, İranın Ali Rəhbərinin nümayəndəsinin evinə silahlı basqın cəhdi olub.

Hadisə nəticəsində 4 nəfər saxlanılıb, daha bir neçə nəfər şübhəli isə hadisə yerindən qaçmağa müvəffəq olub.

 

 





19.11.2019    çap et  çap et