525.Az

"İnterfax" agentliyinin məsul işçisi itkin düşüb


 

"İnterfax" agentliyinin məsul işçisi itkin düşüb<b style="color:red"></b>

“İnterfax” xəbər agentliyinin redaktoru Marqarita İqnatova Moskvada itkin düşüb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı paytaxt polisi də təsdiqləyib.

“Hazırda 1990-cı il təvəllüdlü qızın olduğu yer müəyyənləşdirilir. Anası polisə şikayət edib və axtarışlar davam etdirilir”, - Moskva polisinin məlumatında belə deyilir.

Qeyd edək ki, jurnalist M.İqnatova noyabrın 17-də səhər evdən kilsəyə getmək adı ilə çıxıb və geri qayıtmayıb.

 

 





19.11.2019    çap et  çap et