525.Az

Ödəniş terminallarının mobil əlavələri istifadəyə verilir


 

Ödəniş terminallarının mobil əlavələri istifadəyə verilir<b style="color:red"></b>

Azərbaycanda “eManat” ödəniş terminallarının mobil əlavəsi istifadəyə veriləcək.

“APA-Economics”in “Modenis” şirkətinə istinadən verdiyi məlumata görə, istifadəyə veriləcək “eManat+” adlı tətbiq həm “Android”, həm də “iOS” mobil qurğuları üçün nəzərdə tutulub.

Mobil əlavə terminallarda olan müxtəlif xidmətləri onlayn ödəmə imkanını yaradacaq. Onların sırasına kommunal xidmətlərin, mobil və stasionar rabitə operatorların, internet provayderlərin, bankların, sığorta şirkətlərin və digər xidmətlərin ödənişlərin aparılması mümkün olacaq.

Qeyd edək ki, bu yaxınlarda “Komtec” şirkəti “MilliÖn” ödəniş terminalların mobil əlavəsini istifadəyə verib. “Android” və “iOS” qurğuları üçün nəzərdə tutulan bu tətbiq vasitəsilə “MilliÖn” terminallarında olan bir çox xidmətlərin onlayn ödənişini aparmaq olar.

 





19.11.2019    çap et  çap et