525.Az

Türkiyə-Gürcüstan Birgə İqtisadi Komissiyasının 14 illik fasilədən sonra ilk iclası keçiriləcək


 

Türkiyə-Gürcüstan Birgə İqtisadi Komissiyasının 14 illik fasilədən sonra ilk iclası keçiriləcək<b style="color:red"></b>

Ankarada 14 illik fasilədən sonra Türkiyə-Gürcüstan Birgə İqtisadi Komissiyasının iclası keçiriləcək. 

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb. Bildirilib ki, komissiyanın iclasında iştirak etmək məqsədi ilə nazir Natia Turnava Türkiyəyə səfər edəcək.

“Gürcüstan və Türkiyə arasında iqtisadi əməkdaşlıq formatı - Birgə İqtisadi Komissiya 2005-ci ildən fəaliyyət göstərmir. Komissiya 31 oktyabrda Gürcüstanın Baş naziri Giorgi Qaxariyanın Türkiyəyə səfəri zamanı bərpa edilib. 14 illik fasilədən sonra Birgə İqtisadi Komissiyanın iclasının keçirilməsinə qərar verilib”, – deyə nazirliyin məlumatında bildirilib.

Komissiyanın iclası çərçivəsində ticarət, investisiya, nəqliyyat və logistika sahələrində protokolların imzalanacağı bildirilib.

 





19.11.2019    çap et  çap et