525.Az

ADRA əməkdaşları talassemiyalı uşaqlar üçün qan verdilər


 

ADRA əməkdaşları talassemiyalı uşaqlar üçün qan verdilər <b style="color:red"></b>

Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) əməkdaşları talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan verib.

ADRA-dan 525.az-a verilən məlumata görə, Respublika Talassemiya Mərkəzinin agentlikdə təşkil etdiyi “Donor Günü” könüllü qanvermə aksiyasına idarənin onlarla əməkdaşı qoşulub.

Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürülüb. Qan nümunələri laboratoriyada müayinə edildikdən sonra aidiyyatı üzrə istifadə olunacaq.

Qeyd edək ki, talassemiya irsi qan xəstəliyidir, qırmızı qanda olan hüceyrələr talassemiyaya tutulur və düzgün fəaliyyət göstərmir. Bu xəstəliyin müalicəsində qanköçürmə mühüm rol oynayır.

Qan verməyə bir saat ayrılan vaxt, bir həyata bərabərdir. Hər bir insanın nə vaxtsa  qana ehtiyacı ola bilər.

 





19.11.2019    çap et  çap et