525.Az

Ərdoğan gələn ay Fransa, Almaniya və Britaniya liderləri ilə görüşəcək


 

Ərdoğan gələn ay Fransa, Almaniya və Britaniya liderləri ilə görüşəcək<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabr ayında Londonda Fransa, Almaniya və Britaniya liderləri ilə görüşəcək.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

Jurnalistlər qarşısında açıqlama verən İbrahim Kalın qeyd edib ki, sözügedən görüş dekabrın 3-4-ü tarixlərində Londonda baş tutacaq NATO sammiti çərçivəsində reallaşacaq.

O vurğulayıb ki, Ərdoğan sammitdə "NATO-nun missiyası, 21-ci əsrdəki mövqeyi, növbəti fəaliyyətləri” mövzusunda çıxış edəcək.

 





20.11.2019    çap et  çap et