525.Az

Elektrik enerjisi istehsalının artırılması davam etdirilir


 

Elektrik enerjisi istehsalının artırılması davam etdirilir<b style="color:red"></b>

Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında 19,9 mlrd. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin 10 ayı ilə müqayisədə 4,7% çoxdur.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehsal edilən əmtəəlik elektrik enerjinin həcmi yanvar-oktyabr aylarında 19,21 mlrd. kVt-saat təşkil edib (5% artım).

Komitənin məlumatına əsasən, ölkədə istehsal edilə edilən elektrik enerjinin 17,7 mlrd. kVt-saat istilik (6,1%-lik artım), 1,38 mlrd. kVt-saat su elektrik (9,6%-lik azalma) stansiyaların payına düşüb. İstehsal edilən elektrik enerjinin qalan hissəsi isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.

 

 





20.11.2019    çap et  çap et