Azərbaycan Prezidenti İlham Əliyev Zakir Fərəcovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın xəbərinə görə, Zakir Fərəcov Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə təltif edilib.
Qeyd edək ki, Z. Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısıdır.