525.Az

"Formula 1" mühəndisləri dünyanın ən sürətli traktorunu hazırlayıblar - Video


 

"Formula 1" mühəndisləri dünyanın ən sürətli traktorunu hazırlayıblar - <b style="color:red">Video </b>

“Formula 1”də yarışan “Williams” komandasının mühəndisləri dünyanın ən sürətli traktorunu hazırlayıblar.

“Report” xəbər verir ki, britaniyalılar buna “JCB Fastrac” modelini modernləşdirməklə nail olublar. Mühəndislər traktorun aerodinamik keyfiyyətlərini yaxşılaşdırmaq üçün 65 dəyişiklik ediblər. Həmçinin onun alt hissəsinə və kabinəsinə əl gəzdirilib.

Yenilənmədən sonra sürücü və televiziya aparıcısı Qay Martin traktoru maksimum 247.4 km /saat sürətlə idarə edib. İki sınaq yürüşündən sonra traktorun sürət həddi 217.5 km/saat olaraq müəyyənləşdirilib.

Bununla da “JCB Fastrac” dünyanın ən sürətli traktoru kimi Ginnesin Rekordlar Kitabına düşüb.

 





21.11.2019    çap et  çap et