"Çox sözdə yalan olar, çox pulda haram!"
Hülusi Kılıc bu məsəli hələ Bakıda səfir kimi fəaliyyətə başlayanda çıxışında işlətmişdi. Bəyənmişdim. Tez-tez də xatırlayıram. Özünün də yadına saldım son görüşümüzdə...
***
İntellektual, kreativ fırıldaq!..
***
Səviyyəli şirkət müştərisinin yanlış addımını görəndə xəbərdarlıq etməlidir. Görməməzliyə vurmaq yanlışlığı dəstəkləməkdir.
***
Bu yaşda nə tərəqqi?!
***
Təcrübə sirləri faş edir.
***
Xaricdə oxumaqla deyil ki! Gərək başın yerində olsun.
***
Şəbədə qoşmaq xalqın köhnə şakəridir.
***
Biz xaşı heç vaxt qaşıqla yemədik.
***
Hərdən karikaturaya bənzəyirik.
***
Tiflisə getmək istədim.
***
Arvadı erməniydi. Köçüb getdilər Yessentukiyə. Qocalığı orda yaşadılar...
***
Yalvarsam, elə ona yalvarardım də.
***
Sənət dingişlik deyil.
***
Deyir, keçmişdəki doğma məkanları ziyarət etmək altzheymer xəstəliyindən qoruyur adamı...
***
Bəyənmədiyim rəyləri silirəm, inciməyin! Bu, mənim redaktor vərdişimdir. :)
***
Hələ siz ona bir inşa..., yox, imla yazdırın, sonra danışarıq...
***
Toplumun xarakterini yaxşı bilirdi...
***
Nəsiminin canıyananları yaman çoxalıb.
***
40 dərəcəlik yanacağın təsiri olan statuslar qoxusundan bilinir. :)
***
Bu niyə qışqıra-qışqıra danışır ki?!
***
İTV-nin "Diqqət mərkəzi" verilişi aktual mövzulara səviyyəli yanaşmasıyla seçilir. Fərqli baxışları olan qonaqların diskussiyasında həqiqəti axtarmaq cəhdləri tamaşaçının da səviyyəsinə təsir edir.
***
Keçmiş təəccübləndirir...
***
İndi hamı hər şey deyir. Heyrətlənəsi nə var ki?!
***
İndi hər şeyi layihə adlandırırlar. Lap evlənməyi də...
***
Kim kimlə nə qədər yazışıb, kim neçədə yatıb?!.
Mark hamısını bilir. )
***
Toyda, məclisdə verilən sözə inanmayın.
***
Teatra nifrət edirdi...
***
Mən təkəm, siz çox...
***
Biraz hündürdən baxanda hamını və hər şeyi aydın görmək olur.
***
Pulu hamı istəyir. Baxır necə verirsən...
***
Xəcalət hissi olmayanlardan uzaq durmaq lazımdır. Qorxuludurlar.
***
Uzun çıxışların zamanı keçib.
***
İt saxlayan qadınları başa düşürəm artıq. )
***
Bayraq kimi adamlar da var.
***
Bayaq TV-də Səməd Vurğunun məşhur misrasını diktor elə belə də dedi:
- Ucarda turacdı, qacarda ceyran!.. :)
***
Habil Əliyev Filarmoniya bağında bir müğənninin ah-ufla gəldiyini görür, səbəbini soruşur.
Müğənni qayıdır ki:
- Habil müəllim, həkimdən gəlirəm, dedi başdan ayağa duzlaşmısan.
Habil müəllim özünəxas təmkin və yumorla təskinlik verir:
- Ə, ürəyinə salma, həkim səhv edir, ölkədə səndən DUZsuz adam yoxdur. )
***
"Ağlına qurban bunun"
Birdən diqqət etdim ki, iki yaşlı nəvəm İpəyi ağlına görə əzizləyirəm. Gözəlliyi, şirinliyi, qılığı öz yerində. Amma ağlına reaksiyam intuitivdir. Deməli, Qadında ağıl daha çox təsirləndirir məni...
***
Gizlində, ürəyində sevənlər ən maraqlılarıdır...
***
Qalın-qalın əsərləri bir cümləyə sığışdırmaq mümkündürsə...
***
İndi bunların səsi var?! İstedadı var?! Yaxşı müğənnidirlər?! Sevilirlər?!.
***
2 yaş, 32 yaş, 62 yaş! Xarakter və reaksiya eynidir!
***
ADAM az olanda problem də azalır...
***
Hamı nankor və naxələf deyil ki! Dünya sədaqətli və etibarlı insanlarla gözəldir.
***
Gül kimi qızlar var - saf, təbii, təmiz... Şehi yanağında...
***
Tıxacda tıncıxmaq...
***
Deyir, sıxıldınsa, stresdəsənsə, adam içinə çıx.
İzahın biri də belədir - çıxıb görəcəksən ki, elə hamı sən gündədir və təskinlik tapacaqsan... )
***
Hamı hoqqa çıxarmaq istəyir. Amma hoqqa da var, hoqqa da. ) Hamıda alınmır.
***
Gecənin bir aləmi, yuxun ərşə çəkiləndə niyə qəfil yadına Təbriz düşməlidir ki?!
***
Aqil jurnalist olmaq da hər kəsin işi deyil!
***
700 manatlıq biletlər pulu çox, yumoru az olanlar üçündür. :) Cem Yılmaz isə istedadlı və iti yumoru olan sənətkardır.
***
İTV-nin "Diqqət mərkəzi" verilişində nağıl qəhrəmanımız Cırtdanı bic və kreativ adlandırdım. Düzmü dedim?!)
***
Martin Cavanşiri: "İki gün bundan öncəyəcən özümü iranlı və polyak hesab edirdim. İndi başa düşürəm ki, azərbaycanlıyam. Söz verirəm, Azərbaycan dilini mükəmməl öyrənəcəm".
***
İndi burnu orijinal, özününkü olan qadınla rastlaşmaq, az qala, dinozavr görmək kimi bir şeydir. )
***
Qadın dırdırı şiddətin ən öldürücü növüdür. :)
***
Əgər siz Mirzə Cəlillə Həmidə xanımın məzarının Fəxri xiyabanda yanaşı olduğunu bilmirsinizsə, Martini qınamağa haqqınız yoxdur.
(Biri yazıb ki, görəsən, Cavanşirləri Həmidə xanımın da məzarına apardılarmı?! )
***
...
Mahiyyəti çox pərdələmək olmur.
***
Başa düşdü ki, bu kitabların hamısını oxuyub bitirə bilməyəcək.
***
"Quruluş Osman" dizisinin ilk bölümündən belə çıxır ki, Osmanı da xristian qadın xilas edir...
Rejissorun mesajı belədir hər halda...
***
İndi hər şey sürətlə köhnəlir.
***
Sumqayıt şəhərinin 70 illik yubileyi ilə bağlı təltif olunanların siyahısında ədəbiyyat adamlarının üstünlük təşkil etməsi sevindirici oldu. Təbriklərimi çatdırıram.