525.Az

Gülər Əhmədova: "Ağzımı açdırmasınlar, mən danışsam, peşman olacaqlar"


 

Gülər Əhmədova: "Ağzımı açdırmasınlar, mən danışsam, peşman olacaqlar"<b style="color:red"></b>

Sabiq millət vəkili Gülər Əhmədova son günlər onun barəsində söylənilən fikirlərə "Facebook" sosial şəbəkəsindəki səhifəsində münasibət bildirib.

Keçmiş millət vəkilinin yazmış olduğu açıqlamanı olduğu kimi təqdim edirik:

“Mən 2 gün bundan öncə yaydığım rəsmi bəyanatda bildirmişdim ki, istintaqın gedişatına kömək etmək məqsədi ilə öz deputat mandatımdan imtina etdim ve istintaqda ifadəmi verdim. Bundan sonra KİV və ictimaiyyətə heç bir açıqlama verməmək barədə vəd verdim.

Lakin daha sonrakı müşahidələrim göstərdi ki, bəzi həmkarlarım mənim barəmdə təhqir, şər ve iftira yağdırmağa başladılar. Hər gün bu təhqirlər mənə ünvanlanmağa başladı. Bununla həmin insanlar istintaqın gedişinə mane olur, onu yanlış yönə çevirməyə çalışırlar. Mən barəmdə səslənən təhqirlərə dözmək fikrində deyiləm və həmin insanlara üzümü tutub deyirəm ki, mənim ağzımı açdırmasınlar. Mən danışsam, həmin təhqirlər yağdıran insanlar çox peşman olacaqlar.

Sonda cənab prezidentə müraciət edirəm ki, sizinlə nəzarətinizdə olan istintaq prosesi bitməmiş, sizin sədri olduğunuz partiyanın üzvləri barəmdə təhqir dolu açıqlamalar səsləndirir, məni doğma partiyamdan xaric etməklə hədələyirlər. Mən artıq millət vəkili deyiləm. Bir qadın və ana olaraq məni və ailəmi bu mənəvi və fiziki repressiyalardan qorumağınızı sizdən rica edirəm”.

 





11.10.2012    çap et  çap et