525.Az

Rusiya orbitə yeni peyk göndərdi


 

Rusiya orbitə yeni peyk göndərdi <b style="color:red"></b>

“Plesetsk” kosmodromundan Rusiyaya məxsus yeni peyk orbitə göndərilib.

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Sözügedən kosmik gəmi Rusiyanın kosmosdakı digər peyklərinin fəaliyyətini izləyəcək.

Çoxfunksiyalı kosmik platformanın bazasında yaradılan peyk bortunda quraşdırılmış optik avadanlıq vasitəsilə Yer səthinin də fotoşəkilini çəkməyə qadirdi.

Kosmik gəmi ilə sabit əlaqənin qurulduğu və bort sistemlərinin normal işlədiyi qeyd edilib.

 





26.11.2019    çap et  çap et