525.Az

"ARB 24" telekanalı 1 yaşını qeyd edir


 

"ARB 24" telekanalı 1 yaşını qeyd edir<b style="color:red"></b>

Bu gün Azərbaycanın ilk biznes-xəbər kanalı olan "ARB 24" telekanalının 1 yaşı tamam olur.

Trend-in məlumatına görə, "ARB 24" telekanalı 27 noyabrdan etibarən Azərbaycanın ilk biznes-xəbər kanalı kimi ümumrespublika yayımına başlayıb. "ARB 24" telekanalı 24 saat ölkə və dünyanın xəbər mühiti, xüsusilə iqtisadi sahədə baş verən bütün yenilikləri tamaşaçılara təqdim edir.

Günün iqtisadi gündəmi müxtəlif canlı verilişlərdə müzakirə edilməklə yanaşı, ölkə və dünya birjalarında baş verən proseslər, hadisələrin valyuta bazarına təsirləri barədə yerli və xarici mütəxəssislərlə təhlillər aparılır.

 





27.11.2019    çap et  çap et