525.Az

"Qəfil gün doğsa bir gecə" adlı konsert keçiriləcək


 

"Qəfil gün doğsa bir gecə" adlı konsert keçiriləcək<b style="color:red"></b>

Dekabrın 18-də Heydər Əliyev Sarayında Xalq artisti Nəzakət Teymurova və Əməkdar artisti Ehtiram Hüseynovun iştirakı ilə "Qəfil gün doğsa bir gecə" adlı konsert proqramı keçiriləcək.

Konsertdə Xalq şairi Ramiz Rövşənin şeirlərinə bəstələnən mahnılar və muğam parçaları səsləndiriləcək.

Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, "Gənclik" və "28 Mall" ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.

 





30.11.2019    çap et  çap et