525.Az

İsa Həbibbəyli Türkiyədə “Şərəf” medalı ilə təltif olunub


 

İsa Həbibbəyli Türkiyədə “Şərəf” medalı ilə təltif olunub<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Türkiyədə fəaliyyət göstərən Avrasiya Yazıçılar Birliyinin 3 dekabr 202 saylı qərarıyla "Şərəf" medalı ilə təltif edilib.

Görkəmli alim türk dünyası qarşısında yaradıcı xidmətlərinə, Azərbaycan elminin inkişafına verdiyi töhfələrə görə bu mükafata layiq görülüb. Avrasiya Yazıçılar Birliyinin bu barədə qərarında qeyd edilir ki, 70 illiyi qeyd olunan akademik İsa Həbibbəyli türk dünyasının ədəbiyyatı, mədəni həyatı, elmi nailiyyətləri barədə zəngin araşdırmalar aparıb, o cümlədən, dəyərli əsərləri ilə gələcək nəsillər üçün qiymətli yaradıcılıq irsi yaradıb.

İdarə Heyəti adından açıqlama verən Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu deyib: "Bu qərarı verərkən İdarə Heyətində olan hər üzvümüz böyük məmnunluq keçirirdi. Çünki akademik İsa Həbibbəylini şəxsən tanısın və ya tanımasın Avrasiya Yazarlar Birliyində hər kəs onu yaxşı tanıyır və böyük sayğıyla anır. Onu şəxsən tanımayan dostlarımız da hörmətli İsa müəllimin həm Avrasiya Yazarlar Birliyinin işlərinə dəstəyini, həm də Türk Dünyası üçün önəmli fəaliyyətlərini bilir və ona böyük sayğı, sevgi duyurlar. Azərbaycanın yetişdirdiyi Türk Dünyasının böyük övladı İsa Həbibbəylinin 70 illik yubileyi bizə ona olan gözəl duyğularımızı ifadə etmək üçün fürsət yaratdı. Biz də bu fürsətdən yararlanaraq Avrasiya Yazarlar Birliyi "Şərəf" Medalını ona təqdim etmək qərarına gəldik. Böyük dostumuza bu vəsiləylə uzun və sağlam bir ömür diləyirik".

Y.Öməroğlu medalın təqdimat mərasiminin İ.Həbibbəylinin də uyğun olacağı zamanda keçiriləcəyini bildirib.

Şahanə MÜŞFİQ

 





03.12.2019    çap et  çap et