525.Az

Makron: “NATO ilə bağlı dediklərimin arxasındayam”


 

Makron: “NATO ilə bağlı dediklərimin arxasındayam”<b style="color:red"></b>

Londonda ABŞ Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makron arasında görüş keçirilib.

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, Fransa Prezidenti NATO barəsində işlətdiyi “ölmüş beyin” ifadəsinə münasibət bildirib.

“Dediklərimin arxasındayam. Mən güclü NATO-nun tərəfdarıyam”, - deyə E. Makron vurğulayıb.

ABŞ Prezidenti isə fransalı həmkarını tərifləyib.

“Makron böyük siyasətçidir”, - deyə D. Tramp qeyd edib.

O, E. Makronun ABŞ-ın NATO üçün daha çox maliyyə ayırmasını etiraf etməsinin sevindirici hal olduğunu söyləyib. 

 





04.12.2019    çap et  çap et