525.Az

Saatlıda qatar minik avtomobili ilə toqquşdu: 2 ölü - Yenilənib


 

Saatlıda qatar minik avtomobili ilə toqquşdu: 2 ölü - <b style="color:red">Yenilənib </b>

Saatlıda qatarla avtomobilin toqquşması nəticəsində ölən şəxslərin adları məlum olub. 

APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, qəza nəticəsində “VAZ-02106” markalı avtomobildə olan, Sabirabad rayonu Kovlar kənd sakini, 1962-ci il təvəllüdlü Abasov Cəbrrayıl Həmid oğlu və Qəzli kənd sakini, 1964-cü il təvəllüdlü Məmmədov Eldar Gülbala oğlu dünyası dəyişib.

*** 10:30

Saatlıda qatarın minik avtomobili ilə toqquşması nəticəsində xəsarət alan şəxs ölüb.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, bununla da ölənlərin sayı iki nəfərə çatıb.

Faktla bağlı araşdırma aparılır.

*** 09:58

Saatlının Hacıqasımlı kəndində qatar minik avtomobili ilə toqquşub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

 

 





04.12.2019    çap et  çap et